Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-08 08:50:00
Xırdalan və Sumqayıtda məktəb problemi: “...Nazirlik bilir və addımlar atır”

Elm və təhsil naziri Emin Əmrullayev 2023-2024-cü tədris ili üçün görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə ölkədə məktəb çatışmazlığına da diqqət çəkib.

 

Nazir qeyd edib ki, Xırdalan və Sumqayıt şəhərlərində məktəblərin az olmasıyla bağlı problem var:

 

 

“Biz bu problemi həll etməyə çalışacağıq. Azərbaycan vətəndaşlarının dövlət dilində təhsil alması və səlist danışması üçün əlimizdən gələni etməyə çalışacağıq”.

 

 

Bəs məlum problem nə zamansa həllini tapacaq?

 


Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil eksperti Sona Əliyeva qeyd edib ki, problem etiraf edilibsə, öz həllini tapacaq:

 


“Bu problemin mövcudluğuna dair məsələni Elm və Təhsil Nazirliyi hökümətə təqdim etməlidir. Təbii ki, Nazirlər Kabinetinə təqdim olunduqdan sonra verilən qərara əsasən, əhalinin sayına uyğun olaraq məktəblər o cümlədən aktual problemlərimizdən biri olan məktəbəqədər təhsil müəssisələri inşa olunmalıdır. Hər bir halda elm və təhsil naziri Emin Əmrullayev problemin mövcudluğunu və necə həll edilməsi barədə müvafiq addımları atır. Sözügedən ərazilərdə məktəblərin az olmasını etiraf etmək, o deməkdir ki, biz problemin nə olduğunu bilirik və buna uyğun istiqamətdə addımları atırıq”.