Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 15:17:54
BMU - nun daha bir məzunu xaricdə təhsil alacaq

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir məzunu - Xaqan Abdullazadə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibləri sırasında yer alıb. Bununla yanaşı, BMU məzunu BP şirkətindən iş təklifi alıb.

 

AzEdu.az xəbər verir ki, X.Abdullazadə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Şefild Universitetində (“Advanced Mechanical Engineering” ixtisası üzrə), həmçinin İngiltərənin Vorvik Universiteti ilə Azərbaycan Neft və Sənaye Universitetinin birgə ikili diplom proqramı çərçivəsində (“Renewable Energy” ixtisası üzrə) magistr təhsili almaq şansı əldə edib.

 

BMU məzunun seçimi BP şirkətində çalışmaqla bərabər, təhsilini Vorvik Universiteti ilə icra olunan ikili diplom proqramı üzrə davam etdirmək olub.

 

2018-ci ildə 567 balla BMU-nun Mexanika mühəndisliyi (tədris ingilis dilində) ixtisasına qəbul olan X.Abdullazadə 2023-cü ildə qrup birincisi olaraq bakalavr təhsilini başa vurub. O, 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutan BMU-nun “RED” komandasının üzvü olub.