Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-07 11:46:11
Payız fəsli bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat 10:49:56-da daxil olacaq.

 

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AzEdu.az-a verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.

 

Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.