Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 10:05:00
“Ad günümü özüm yox, dostlarım qeyd edir, ovqatım yaxşı deyil” – Əjdər Ağayevin  “81 yaş kədəri”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Respublikası Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev deyib. O, hazırda  müalicəsinin davam etdiyini vurğulayıb:

“Səhhətim hələ tam qaydasında deyil. Müalicəm davam edir. Səhhətimlə bağlı müəyyən  irəliləyiş   var.  Özümü nisbətən  yaxşı hiss edirəm. Həkimlər müalicəmi davam etdirməyi tapşırıblar”.

Professor doğum günü təəssüratlarından da danışıb:

“Hamı doğum gününü necə qarşılayırsa, mən də elə qarşılayıram. Zəng edib təbrik edirlər. Doğum günümü keçirməyəcəyəm. Əhval-ruhiyyəm o qədər də yaxşı deyil. Bugünü mənim özümdən çox,  dostlarım qeyd edir. “Azərbaycan” radiosundakı  bir verilişdə doğum günümü təbrik edəcəklər”.

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası Təhsil Şurasının sədri, Əməkdar müəllim, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayevin 81 yaşı tamam olur.

Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Burada kənd yeddiilik, Salyanda isə orta məktəbi bitirib. Sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub, burada Əhməd Seyidovun rəhbərliyi ilə "Fərhad Ağazadənin pedaqoji göruşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun elmi işlər üzrə müavini vəzifələrində çalışıb. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları