Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-03 15:31:04
Azərbaycanda yeni kitabxanalar yaradılacaq

"Ölkəmizdə yeni mütərəqqi kitabxanaların yaradılması ilə bağlı layihə hazırlanır".

 

AzEdu.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Bakıda keçirilən "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunda deyib.

 

"Artıq bir müddətdir Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki kitabxanalarda monitorinqlər aparılır.

 

Ölkəmizdə yeni mütərəqqi kitabxanaların yaradılması lə bağlı layihə hazırlanır. Düşünürük ki, bununla həm də dünya kitabxanalarına inteqrasiyanı təmin etmək olacaq", - deyə A.Marifli bildirib.