Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 17:54:33
DİM onlayn təlim təşkil edib

Təlimdə 30 yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi 36 məsul şəxs iştirak edib

 
 
AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 
 

1 sentyabr 2023-cü il tarixində yerli icra hakimiyyəti orqanlarının müəyyən etdiyi məsul şəxslərə onlayn təlim keçirilib. Mərkəzin Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin Vəzifələrin idarə edilməsi və ehtiyat kadrlarla iş sektorunun baş məsləhətçiləri Könül Səlimova və Akif Bayramov tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” və “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzularında təqdimatlar edilib, habelə “Dövlət qulluğu - Vəzifələrin İdarə Edilməsi Sistemi” və “Dövlət qulluğu - Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi”ndən istifadə ilə bağlı praktik təlim keçirilib. Təlimdə 30 yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi 36 məsul şəxs iştirak edib.

 

Təlim iştirakçılarına inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, ehtiyat kadrların formalaşdırılması qaydaları, analoji vəzifələrin müəyyən edilməsi, ehtiyat kadrların analoji vakant vəzifələrə təyin edilməsi, habelə müvafiq informasiya sistemlərindən istifadə qaydaları və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verilib.

 

Təlimin sonunda mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.