Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 17:27:36
Ağalı məktəbinin iki məzunu tələbə adı qazandı

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbindən 30 ildən sonra məzun olan şagirdlərdən 2-si tələbə adını qazanıb. 

 
 

AzEdu.az xəbər verir ki, onlardan biri universitetdə, digəri isə kollecdə təhsillərini davam etdirəcək.

 

Ağalı kənd məktəbindən bu il 4 şagird məzun olub. Qəbul imtahanlarından uğurla keçən Sənan Əliyev Bakı Avrasiya Universitetinin marketinq ixtisasına, Səid Abdullazadə isə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin Turizm işinin təşkili fakültəsinə daxil olub.