Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 15:50:16
Yeniyetmə və gənclər arasında keçirilən olimpiadanın açılışı olub

Yeniyetmə və gənclər arasında keçirilən VI Robot Olimpiadasının açılış mərasimi baş tutub.

 

AzEdu.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə bu gündən başlayan olimpiada sentyabrın 3-dək Milli Gimnastika Arenasında keçiriləcək.

 

Olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar: “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”.

 

Ümumilikdə bu kateqoriyalar üzrə Respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib.

 

Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb.

 

Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib.

 

Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.

 

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr, 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.