Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-01 13:40:57
UNEC-də tələbə qəbulu onlayn aparılacaq

UNEC-ə qəbul olunan abituriyentlər 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün UNEC-in rəsmi saytına (https://unec.edu.az/ )daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid almaqla (kabinet.unec.edu.az) sənədlərini elektron formada sistemə yükləməlidirlər. Linkə  https://www.youtube.com/watch?v=LhtVllbcPM8 klik etməklə qeydiyyat prosesi ilə tanış ola bilərsiz.

 

AzEdu.az xəbər verir ki, abituriyentlər https://portal.edu.az/ platformasında da qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Portal üzərində qeydiyyat prosesi və Təhsil Tələbə Kredit Fonduna müraciət forması ilə linkə  https://www.youtube.com/watch?v=pn-yMXbn-fE klik etməklə tanış ola bilərsiz.

 

Qeyd olunmuş müddətdə hər iki portaldan qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.