Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 10:37:17
Müəllimlər üçün növbəti qiymətləndirmə düşərgəsi təşkil olunacaq

Təhsil İnstitutu və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə sentyabrın 6-8-də Sumqayıt şəhərində təhsil işçiləri və fənn müəllimləri üçün qiymətləndirmə düşərgəsi keçiriləcək.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, düşərgənin təşkilində əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunu anlamaq, eləcə də onların səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, düşərgə iştirakçıları şagirdlərin oxu və riyaziyyat üzrə biliklərinin real həyatda tətbiqi üzrə qiymətləndirmə vasitələri hazırlayacaqlar.

 

Düşərgənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

 

Qeyd edək ki, bundan əvvəl Təhsil İnstitutunun və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində qiymətləndirmə düşərgəsi keçirilib. Düşərgədə Mingəçevir şəhəri, Zərdab, Yevlax, Kürdəmir, Ucar, Göyçay və Ağdaş rayonlarından ümumilikdə 21 müəllim beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ümumi məlumat almaqla oxuyub-anlama üzrə mətn və tapşırıq nümunələri ilə tanış olublar. Əlavə olaraq, onlar fərdi və qrup şəklində mətn üzərindən səriştələrin müəyyənləşdirilməsinə dair fəaliyyətlərdə iştirak ediblər.