Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-26 09:23:07
Bakıda itkin düşən məktəbli tapılıb

Ötən gün Bakının Xəzər rayonununda itkin düşmüş 2008-ci il təvəllüdlü Abbasov Adəm Qüdrət oğlu tapılıb.

 

AzEdu.az Reporta isinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. 

 

Onlar bildiriblər ki, A.Abbasov ailəsi ilə telefon vasitəsilə əlaqə saxlayaraq olduğu yer barədə xəbər verib. O, artıq evindədir.

 

Qeyd edək ki, 15 yaşlı gənc dünən axşam saatlarında Binə qəsəbəsində fərdi dərs hazırlığı kursundan çıxaraq bir daha evə qayıtmamışdı. Onu son dəfə avtobus dayanacağında görüblər. Bundan sonra A.Abbasovdan xəbər olmamışdı.