Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 12:28:16
Məktəbli forması ilə bağlı MÜRACİƏT: 3 il dəyişməyəcək

 

 

Qazax-Tovuz Regional Təhsil İdarəsi məktəbli geyimi ilə bağlı valideynlərə müraciət ünvanlayıb.

 

Bu barədə AzEdu.az -a sözügedən İdarənin aparıcı məsləhətçisi Nəcibə Vəliyeva məlumat verib. 

 

Müraciətdə deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək:

 

"Bununla bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsinə tabe olan ümumi təhsil müəssisələrində də Pedaqoji Şura İclasları keçirilib və müvafiq formalar seçilib. Forma seçimində validenlərin fikirləri də dinlənilib.

 

Əgər valideynlərin övladının təhsil aldığı məktəbin forması ilə bağlı məlumatı yoxdursa, məktəblə əlaqə saxlamaları məsləhət görülür.

 

Qeyd edək ki, bu məktəbli formaları ən azı 3 tədris ili dəyişməz olaraq qalacaq. Məktəblərdə eyni görünüşə malik məktəbli forması şagirdlər arasında bərabərliyi təşviq edəcək.

 

Bildiyimiz kimi, tədris ilinin başlamasına 1 aydan az müddət qalıb. Növbəti günlərdə sıxlıq yaşanmaması üçün valideynlərə məktəbli formasını indidən almağı tövsiyə edirik".