Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-01 09:49:00
Dövlət qulluqçuları üçün təlimlər...

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, 31 iyul 2023-cü il tarixində şimal-qərb bölgəsindən başlayan təlimlər 4 avqust 2023-cü il tarixinədək Şəki, Qax, Oğuz, Balakən və Zaqatala rayonlarında təşkil olunacaq.

 

Təlimin ilk günü 31 iyul tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən Balakən şəhər İcra Hakimiyyətinin inzibati binasında “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi” mövzusunda; Zaqatala şəhər İcra Hakimiyyətinin inzibati binasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında; Qax şəhər Heydər Əliyev Mərkəzinin inzibati binasında “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təlimlər keçirilib.

 

Təlim zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

 

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.