Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-06 09:02:00
Tanınmış iqtisadçı alimdən Təhsil Nazirliyinə 3 təklif

Rutgers Universitetinin professoru, iqtisadçı - alim Qubad İbadoğlu sosial şəbəkədə Təhsil Nazirliyinə 3 təkliflə çıxış edib. İqtisadçı bildirib  ki, qeyd edilənlər müzakirəyə qəbul olunsa,  təhsildə nailiyyətləri artırmaq üçün əlavə təkliflər də irəli sürəcək.

AzEdu.az həmin təklifləri təqdim edir:

1.Məktəblər arasında aparılan informatika yarışmasının qalibi olan 100 istedadlı və yaradıcı şagird üçün xüsusi qruplar təşkil olunsun. Hər bir şagird ilkin mərhələdə iPad, sonrakı mərhələdə 10.13.02 versiyasindan yuxari səviyyəli Apple kompüterləri ilə təmin edilsin. Bu qrupa daxil olan şagirdlərə dərs vəsaiti kimi Apple saytında, "Youtube"da yerləşdirilmiş metodiki və təlim materiallarından istifadə edilsin, onlara kodlaşdırma, App yazmaq öyrədilsin. Tədris Apple, Microsoft, Google şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilsin. Eyni zamanda onlara intensiv ingilis dili tədris olunsun. Əminəm ki, bu iş düzgün təşkil olunarsa, bir neçə ildən sonra həmin şagirdlər arasında ən azı 10 nəfərin məhsulu dünya səviyyəsində təqdim olunacaq.

2.Bakıda, xüsusilə də respublika tabeli şəhərlərdə orta məktəblər "wi-fi"  ilə təmin olunsun. Həmin məktəblərin şagirdlərinə fərdi email hesabları açılsın. Orta məktəblər üçün dərsliklərin, ev tapşırıqlarının və çalışmaların onlayn bazası yaradılsın və məktəbdə həmin materiallara giriş təmin edilsin ki, uşaqlar kitablarını evdən məktəbə daşımasınlar, onlar internet üzərindən dərsliklərə və dərs vəsaitlərinə giriş əldə etsinlər.

3.İxtisaslar üzrə dünya reytinqində ilk 100-lükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqları dövlət tərəfindən qarşılansın və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərsliklərlə təminat xərci nəzərə alınmaqla təqaüdlər verilsin.