Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 13:20:00
Respublika Şahmat Olimpiadası keçirilib

Qaxda 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası keçirilib.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, Federasiyadan verilən məlumata görə, Qax Olimpiya İdman Kompleksində təşkil olunan olimpiadanın A qrupunda 262, B qrupunda isə 224 şahmatçı olmaqla ümumilikdə 45 rayon (şəhər) təşkilatından 486 nəfər qalib adı uğrunda mübarizə aparıb.

 

Bahar Cəfərova, Fərid Sadıqzadə (8 yaşadək), Mehriban Əhmədli, Nihad Məmmədov (10 yaşadək), Səadət Bəşirli, Murad Rzayev (12 yaşadək), Məryəm Ağaverdiyeva, Elçin Şəkərəliyev (14 yaşadək), Ayan Hüseynli və İslam Hacıəliyev (16 yaşadək) birinci yeri tutublar.

 

Müxtəlif yaş kateqoriyalarında Mehri Fətullalı, Məhəmməd Kazımzadə, Leyla Hümbətli, Tunar Qarayev, Əsnad Vəliyeva, Əhməd Hüseynov, Aliyə Mahmudova, Yunis Mahmudzadə, Fidan Təhməzova və Niyazi Qafarov ikinci yerə layiq görülüblər.

 

Mehin Məstiyeva, Mirzəli Hüseynov, Xədicə Babazadə, Kamran Babayev, Nuray Məmmədli, Hüseyn Qurbanov, Nəcibə Quluyeva, Nihat Şıxəhmədi, Leyla Budaqova və İlqar Məmmədov yarışı üçüncü pillədə başa vurublar.

A qrupunda komanda hesabında Gəncə 2№ UGİŞM birinci olub. B qrupunda isə 3№ RİOEUGİŞM ilk pillədə qərarlaşıb.

Yarışın son günündə turnirin bağlanış mərasimi baş tutub. Qalib və mükafatçılara diplom və medallar təqdim edilib.