Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 12:27:11
Xaricdə təhsil alıb TƏBİB-in xəstəxanalarında çalışanların sayı

Xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB tabeli 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

 

O bildirib ki, işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6 500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5 000 manat təşkil edilib.

 

Qeyd edək ki, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib. Proqram yaxın zamanlarda İcbari Tibbi Sığorta Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə 1 il müddətinə uzadılıb.