Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-17 08:54:23
4 yaşlı oğlanın ürəyi 6 yaşlı qıza KÖÇÜRÜLDÜ

Ukraynada 4 yaşlı oğlanın ürəyi 6 yaşlı qıza transplantasiya edilib. Cərrahi əməliyyat 3 saat sürüb.

AzEdu.az xəbər verir ki, bu barədə CNN-inin məlumatında bildirilib.

Əməliyyat uğurla başa çatıb. Məlumata görə, ilk dəfədir ki, Ukraynada belə bir əməliyyat keçirilir.

4 yaşlı oğlanın anası Sotnikova əməliyyatla bağlı danışıb. Bildirib ki,oğlunun həyatını itirməsi qaçılmaz idi: “Gecə saatlarına qədər əməliyyatın nəticəsini gözlədim. Mənə deyəndə ki, artıq qıza köçürülən ürək döyünür, ilk dəfə səmimi şəkildə gülümsədim. Oğlumun ürəyi döyünürdü!”.

Ürəyi başqasına köçürülən oğlanın daha üç orqanı - iki böyrəyi və qaraciyəri Kiyevdəki başqa bir xəstəxanada daha iki uşağa transplantasiya olunub.

 
A.Qorxmaz