Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-16 15:01:10
Rezidenturaya qəbul imtahanı keçirilib

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq

 

AzEdu.az xəbər verir ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirilib. 

 

İmtahanların keçirilməsi üçün ümumilikdə 5 imtahan binası, 13 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 96 nəzarətçi-müəllim, 24 buraxılış rejimi əməkdaşı (mühafizə) və 5 bina nümayəndəsi ayrılıb.

 

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.