Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-16 13:50:43
Hakim olmaq istəyənlər üçün imtаhаn...

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2023-cü il iyulun 16-da hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilir.

 

AzEdu.az xəbər verir ki, DİM-dən veilən məlumata görə imtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunur.

 

Birinci növbə imtahan saat 9:00-da başlanıb və 13:00-da bitib. İkinci növbə imtahan 15:00-da başlanır.

 

İmtahanı bitirdikdən dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunur.

 

60 və daha yüksək bal toplayanlar növbəti mərhələyə buraxılır.

 

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 17-19 iyul tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.