Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-12 14:34:13
“Sinifdə şagird sayı maksimum 15 nəfər olsun!” - Müəllimdən TƏKLİF 

“Müəllim təkcə bilikli olmağı ilə deyil, öyrətmənlik meyarı ilə seçilməsidir”.


AzEdu.az-ın məlumatına görə, bunu təhsil işçisi Fuad Ələsgərli bildirib.


Onun sözlərinə görə, dünyanın təhsildə öndə gedən ölkələrində şagirdlərin uyğun bilik və təlim göstəriciləri müəllimin əmək haqqının böyük hissəsini təşkil edir.


“Onu da qeyd edim ki, hər dərs saatına müəllimə 8-10 sayda şagird düşməklə bu effektiv təhsil mühitinə sahibləniblər. Bizdə isə ən azı 30 şagird...”.


Müəllimin sözlərinə görə, Azərbaycan təhsili ilə bağlı bu iradın - sinidfə şagird sıxlığının azaldılmasının bir təklif kimi irəli sürülməsini istəyir:


“- Sinifdə şagird sayını maksimum 15 etmək;

- Müəllimin biliyi ilə yanaşı, onun şagirdlərinin bilik və təlim göstəricilərinin də əmək haqqına təsirini təmin etmək”, - deyə F.Ələsgərli təklif verib.