Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 13:52:26
Rektor valideynlərə ÇAĞIRIŞ ETDİ

UNEC-in rektoru professor Ədalət Muradov abituriyentlərin valideynləri ilə görüşmək üçün “Açıq qapı” keçirəcək.

AzEdu.az xəbər verir ki, bu barədə rektor özünün Facebook səhifəsində valideynlərə müraciət ünvanlayıb.

 

“Əziz valideynlər,

 

Övladınızın tələbə adını qazanması üçün onlarla birlikdə uzun yol qət edərək, böyük əmək sərf etdiniz. Onlara gələcək karyerasının başlanğıc nöqtəsi olacaq və yeni-yeni uğurlar qazandıracaq universitet seçimində yardım etmək məqsədilə sizi “Açıq qapı”da mənimlə görüşə dəvət edirəm. Görüş zamanı UNEC-lə bağlı sizi maraqlandıran bütün suallara cavab tapa biləcəksiniz.

 

“Açıq qapı” 14 iyul, saat 15:00-da, əsas tədris binasında (Bakı ş., İstiqlaliyyət 6) olacaq.

 

Hər birinizə və övladlarınıza uğurlar arzulayıram!”

 

QEYD: "Açıq qapı"da iştirak etmək istəyən valideynlər şəxsiyyət vəsiqələrini də özləri ilə götürməlidirlər.