Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-10 11:45:30
MİQ imtahanları BAŞLAYIR

İyulun 11-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.


MİQ-in test imtahanı mərhələsinə ümumilikdə 58000-ə yaxın namizəd dəvət olunub.


No description available.