Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-04 13:00:00
Azərbaycanlı alimlərin məqaləsi Fransanın elmi jurnalında dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və bu elmi müəssisənin beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın məqaləsi Fransada çıxan “Innovations regionales” elmi jurnalının payız buraxılışında dərc edilib.

AzEdu.az  AZƏRTAC-a istinadən xəbər verir ki, “Əlyazma: İnsan əlinin ən böyük möcüzəsi” (“Manuscrit: Une des plus grandes merveilles de la main”) sərlövhəli məqalədə institutun fəaliyyətindən, qədim əlyazmaların toplanması, tədqiqi, mühafizəsi və təbliği sahəsində qazanılmış çoxillik təcrübədən, xüsusilə multidissiplinar əlyazmaların fənlərarası əhəmiyyətinin öyrənilməsi məsələlərindən bəhs olunur.

Bundan əlavə, institutun son illərdə genişlənməkdə olan beynəlxalq əlaqələrindən, o cümlədən UNESCO, Beynəlxalq Əlyazmalar Cəmiyyəti və İslam Əlyazmaları Cəmiyyəti kimi nüfuzlu təşkilatlarla qarşılıqlı münasibətlərindən söhbət açılır.