Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 16:43:00
DİM -dən insan resurslarının idarə edilməsinə dair TƏLİM

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 14 nəfər əməkdaşı üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış “ mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlim zamanı DİM-in Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər.