Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 14:06:26
Dağlıq Şirvan regionunda ən çox bal toplayan MÜƏLLİM

Sertifikatlaşdırma prosesinin test imtahan mərhələsinin ikinci gününün birinci seansında Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ən yüksək nəticə toplayan müəllim məlum olub.


Regional İdarədən AzEdu.az-a verilən məlumata görə, Ağsu şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qədirova Nəzrin Zülfüqar qızı test imtahanında 58 bal toplayıb.


Qeyd edək ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarını əhatə edir.