Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 08:38:24
Müəllimlər işıq, su və qaz pulundan azad olunurlar? - AÇIQLAMA

"Müəllimlik peşəsini digərlərindən fərqləndirmək lazımdır. Cəmiyyəti müəllim yetişdirir. Hamı nə vaxtsa, orta və ali məktəbdə oxuyub. Müəllimlə təmasda olub. Müəllim bir növ toplumun lokomotividir".

 

Bu sözləri AzEdu.az-a keçmiş təhsil naziri Firudin Cəlilov bildirib. O qeyd edib ki, müəllimliyi prestijli peşəyə çevirmək lazımdır:

 

Firudin Cəlilov "Çobanlar məktəblərə direktor təyin olunurdu" iddiasına  cavab verdi: “Cəsarətləri çatırsa, adımı çəksinlər…” Pravda.az


"İlk növbədə müəllimlərin maaşı artırılmalıdır. İkincisi, müəllimlərin sosial şəbəkələrdə lağ obyektinə çevirmək olmaz. Onlara qayğı göstərilməlidir. Müəllimlərə şərait yaradılmalıdır. Onlara elə şərait yaradılmalıdır ki, müəllimliyə savadlı adamlar getsinlər. İntellektual kadrlar baxırlar ki, müəllimlərin əmək haqqı azdı və o sahəni seçmirlər. O boşluğu da ondan-bundan hədiyyə güdənlər doldurur. Mən nazir olan dönəmdə oturub, düşündük və onların maaşını yüksəltdik. Müəllimləri kommunal xərclərdən azad etdik. Onlar işıq, su və qaz pulu ödəmirdilər. Belə köməklikləri edirdik. Bu addımdan sonra müəllimliyə gələnlərin sayı artırdı. Bu peşəyə diqqət artdı. Dəfələlə demişəm müəllimlərin reputasiyasını artırmaq üçün ciddi islahatlar lazımdır".