Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 13:46:55
İlin ilk Nobel mükafatçıları bəlli oldu- FOTO

2018-ci il Tibb və Fiziologiya sahəsində Nobel mükafatı laureatları bəlli olub.

AzEdu.az xəbər verir ki, tibb üzrə James P. Allison və fiziologiya üzrə Tasuku Honjo seçilib.

Oktyabrın 1-dən 8-dək Nobel mükafatı üzrə laureatlara iqtisad elmləri üzrə İsveç Bankının mükafatı (Sveriges Riksbank Prize) təqdim ediləcək.

Oktyabrın 2-də fizika, 3-də kimya, 5-də Nobel Sülh mükafatı, 8-də “Sveriges Riksbank Prize” təqdim ediləcək.

Ədəbiyyat üzrə Nobel mükafatının təqdim edilməsi tarixi barədə isə İsveç Akademiyası tərəfindən əlavə məlumat veriləcək.

Qeyd edək ki, 2018-ci il üçün hər bir kateqoriya üzrə mükafatın məbləği 9 milyon İsveçrə kronu (təqribən 1,1 milyon dollar) müəyyən edilib.