Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-28 15:55:00
Azərbaycanlı astrofizik Beynəlxalq Astronomiya İttifaqının komissiyasına üzv seçilib  

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) şöbə müdiri, professor Nəriman İsmayılov Beynəlxalq Astronomiya İttifaqında (BAİ) keçirilmiş seçkilər nəticəsində bu qurumun G3 “Ulduzların təkamülü” komissiyasının təşkilat komitəsinin üzvü seçilib.

ŞAR-dan AzEdu.az-a bildiriblər ki, azərbaycanlı alim həmin komitədə prezident və vitse-prezidentdən əlavə, yeni seçilmiş daha dörd üzvdən biridir.

Qeyd edək ki, G3 komissiyasının 300-dən çox astronom üzvü var. Hazırda BAİ-nin tərkibində astronomiya və astrofizikanın doqquz müxtəlif sahəsini əhatə edən bölmələr fəaliyyət göstərir. Bu bölmələrdən yalnız biri G - ulduzlar və ulduz fizikası bölməsidir. Həmin bölmə də, öz növbəsində, altı müxtəlif komissiyadan ibarətdir.