Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-19 17:04:22
Rektor fəxri doktor adına layiq görülüb

Mayın 19-da ADA Universitetinin rektoru Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin (GTU) fəxri doktoru adına layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, GTU-nun rektoru David Qurqenidze bildirib ki, universitetin Elmi Şurası ADA Universitetinin rektoru Hafiz Paşayevin fəxri doktor adına layiq görülməsi barədə qərar qəbul edib. Rektor GTU-nun fəxri doktoru diplomunu və fəxri döş nişanını Hafiz Paşayevə təqdim edib.

 

Hafiz Paşayev öz növbəsində GTU-nun rektoru və Elmi Şurasına minnətdarlığını bildirib.