Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 13:20:49
Yaşlı müəllimlərin sayı açıqlandı - Onlar sertifikasiya olunacaq?

“60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr, əmək haqlarında dəyişiklik olacaq. İştirak etməsələr, artım onlara şamil olunmayacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, sertifikasiya imtahanlarını keçirməkdə məqsəd təhsilverənlərin peşəkarlığını ölçmək, təlimə ehtiyac olub-olmadığını müəyyənləşdirməkdir.

 

“Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq”, - nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, Milli Məclis hazırda “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi müzakirə edir.

Qanun layihəsi önümüzdəki günlərdə daha iki oxunuşda müzakirəyə çıxarılacaq və müzakirələrdən sonra qəbil olunacağı gözlənilir.

“Təhsil haqqında” Qanuna ediləcək dəyişikliklərdən biri belədir:


- Məktəblərdə 60 və daha yuxarı yaşda olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.