Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 12:30:41
Tanınmış iqtisadçının oğlu 9 ölkənin nüfuzlu universitetlərinə QƏBUL OLUNUB

Tanınmış iqtisadçı, bir müddət əvvəl fəaliyyətinə xitam verilən Azərbaycan Demokratiya və Rifah Partiyasına rəhbərlik etmiş Qubad İbadoğlunun oğlu təhsil sahəsində növbəti uğura imza atıb.


AzEdu.az xəbər verir ki, bu barədə Qubad İbadoğlunun özü bildirib. Onun sözlərinə görə, oğlu İbad  mağistr təhsilini İsveçdə alacaq:

“Hər bir valideynin arzusunda olduğu sevincimi sizinlə paylaşmaq istərdim. Bu hissləri ailəmizə bu dəfə oğlum İbad yaşatdı. Təhsilini magistratura pilləsində davam etdirmək üçün 9 ölkənin 13 nüfuzlu universitetindən şərtsiz qəbul alan İbadın Fransa hökümətinin Eyfel və İsveç hökümətinin Visby təqaüdünə layiq görülməsi universtetlər arasından seçim imkanlarını asanlaşdırdı. Qərara gəldi ki, maliyyə ixtisası üzrə mağistr təhsilini İsveç hökümətinin təqaüdü ilə Lund Universitetində davam etdirsin”.


Q.İbadoğlu övladının magistr təhsili almaq üçün qazandığı təqaüdləri və universitetlərin siyahısını da açıqlayıb:


“İbadın magistr təhsili almaq üçün qazandığı təqaüdlər bunlardı:  Fransadan the Eiffel Excellence Scholarship Program in France 2023, Avstriyanın Mərkəzi Avropa Universitetindən Central European University Scholarships 2023 və İsveçdən SI Scholarship for Global Professionals.

Qəbul aldığı universititetlər: Britaniyadan Leeds və Bristol Universitetləri, İrlandiyadan Trinity College, Fransadan Science Po və Grenoble Universitetləri, Danimarkadan Copenhagen Business School, Hollandiyadan Utrecht Universiteti, Belçikadan Ku Leuven Universiteti, Finlandiyanın Jyväskylä Universiteti”.