Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-13 14:02:00
“Təhsilin Nobeli”ni seçən fondun direktoru “Yeni çağırışlar”da

15 may saat 19:00-da “Yeni çağırışlar” müzakirə proqramında Varkey Fondunun direktoru Avqustin Porres qonaq olacaq. Avqustin Porres ilə müəllim nüfuzu barəsində danışılacaq.  

 

Fond tərəfindən “Təhsilin Nobeli” olaraq tanınan “Qlobal müəllim mükafatı” təsis edilib. Hər il bu məqsədlə ilin ən yaxşı müəllimi seçilir və qalibə 1 milyon dollar mükafat verilir.

 

Fond qızların təhsili, təhsildə texnologiya və müəllim hazırlığı istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirir.

 

Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.