Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 17:32:00
“Yüksəliş”in qalibləri “Xarıbülbül” Festivalında iştirak etdilər

“Yüksəliş” müsabiqəsinin İşçi qrupu və qalibləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etdilər.

 

AzEdu.az xəbər verir ki, festivalda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva da iştirak edib. O, qalibləri dünyanın çoxsaylı folklor nümunələrini özündə birləşdirən Azərbaycan və türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri ilə tanış edib, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsində “Xarıbülbül” festivalının keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

 

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.