Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 16:35:00
“Sabahın alimləri” müsabiqəsinin qalibləri ABŞ-a gediblər

ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə fevralın 13-15-də “Sabahın alimləri” XII respublika müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri sırasından seçilmiş komanda heyəti ISEF sərgisində Azərbaycanı təmsil etmək üçün ABŞ-a yola düşüb.

 

Bu barədə Təhsil İnstitutundan AzEdu.az-a məlumat verilib.

 

Qeyd olunub ki, müsabiqə Azərbaycanda fəaliyyət göstərən məktəblərin IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqə çərçivəsində 8 (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) istiqamət üzrə elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunması hədəflərdən biridir. Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri qazanan Azərbaycan məktəbliləri ISEF-də iştirak edirlər.