Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 14:42:51
İstirahət günlərində milli parklarda hava belə olacaq

İstirahət günlərində (mayın 13-14-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Samur–Yalama milli parkında havanın əsasən, yağmursuz keçəcəyi, lakin 13-ü gündüz, 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 °isti, gündüz 6-9° isti olacaq.

 

Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 13-ü gündüz, 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq.

 

Ağgöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq.

 

Qızılağac milli parkında hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 14-də gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər duman olacaq.Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq.

 

Göygöl milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti , gündüz 7-9° isti olacaq.

 

Şirvan milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 14-də gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq.