Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 12:37:00
Təyyarədə olan sərnişini əqrəb sancdı

Hindistanda təyyarədə olan qadın sərnişini əqrəb sancıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin təyyarə havada olarkən baş verdiyi bildirilir.

Sərnişin “Hindistan Hava Yolları” şirkətinə məxsus təyyarə ilə Naqpurdan Mumbaya uçurmuş. Şirkətin nümayəndələri hadisəni şərh edərək bildiriblər ki, sərnişinə lazımi yardım göstərilib.

Xəbərdə deyilir: “Bu, havada baş verən olduqca nadir və xoşagəlməz hadisədir”.

Amma Hindistan təyyarələrində buna qədər də bənzər hadisələr baş verib: təyyarənin göyərtəsində siçovula və ya quşa da rast gəliblər. Əqrəbin qurbanına gəlincə, hazırda onun həyatına heç bir təhlükə yoxdur.

“Sərnişin eniş zamanı həkim tərəfindən müayinə olunub, sonra xəstəxanada müalicə olunub”,- deyə şirkət nümayəndəsi bildirib.