Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-12 08:30:00
“Avroviziya-2023”ün bütün finalçıları məlum oldu - SİYAHI

Ötən gecə "Avroviziya" mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi də keçirlib

 

Azedu.az xəbər verir ki, bu mərhələdə daha 10 ölkə finala adlayıb.

 

Belə ki, Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya müsabiqənin final mərhələsində yarışacaq.

 

Mayın 9-da keçirilən birinci yarımfinalda isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç finala yüksəlib.

 

Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi kimi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.


Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.


İngiltərənin Liverpul şəhərində keçirilən "Avroviziya 2023" müsabiqəsini final mərhələsi mayın 13-də olacaq.


Xatırladaq ki, müsabiqədə ölkəmizi Tural və Turan Bağmanov əkiz qardaşları təmsil edib. Onların birinci yarımfinalda oxuduqları “Tell me more” mahnısı az səs topladığından finala çıxa bilməyiblər.