Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 13:12:26
Azərbaycanda 15 nəfər Ərdoğan böyüyür

Bir neçə gün öncə Bakının Maştağa qəsəbəsində yaşayan Məmmədovlar ailəsində dördəm dünyaya gəlib. Ailə övladlarına Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə və Ümummilli lider Heydər Əliyevin xatirəsinə İlham, Mehriban, Ərdoğan və Heydər adlarını verib.  


Qeyd edək ki, bu, Azərbaycanda Ərdoğan adı qoyulmuş ilk yeni doğulan deyil.

AzEdu.az saytının Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, son 5 ildə (2019-2023) Azərbaycanda yeni doğulan 15 körpəyə Ərdoğan adı verilib.


2020-ci ilin payızında aparılan 44 günlük Vətən müharibəsində Türkiyə prezidentinin Azərbaycana hərtərəfli dəstəyi Ərdoğanın ölkəmizdə daha da populyarlaşmasına səbəb olub.


Elə bunun nəticəsidir ki, 2021-ci ildə 7 azərbaycanlı körpə valideynləri tərəfindən Ərdoğan adlandırılıb.


Qeyd edək ki, Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyibin soyadıdır.