Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 10:25:00
Dünyada bir ilk - Ana bətnindəki uşağın beynində əməliyyat aparılıb

Amerika Birləşmiş Ştatlarında cərrahlar ana bətnində olan döl üzərində ilk əməliyyat həyata keçiriblər.


AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Uşaq Xəstəxanasının həkimləri uşaqda nadir rast gəlinən beyin qüsurunu müalicə etmək üçün embolizasiya tətbiq ediblər. 


Doğulmamış körpə Darren Koulmanda damar anomaliyası müəyyən edilib. Bu xəstəlik doğuşdan sonra ölümcül ağırlaşmaya səbəb olacaqdı.

Bu nadir anadangəlmə xəstəlik təxminən 60.000 körpədən birində baş verir. 

Tibb tarixində ilk dəfə həyata keçirilən unikal əməliyyat sayəsində körpə vaxtından əvvəl, lakin sağlam doğulub.


Doğuş vaxtından əvvəl olduğu üçün uşaq bir neçə həftə neonatal reanimasiya şöbəsində qalmalı olub, bu müddət ərzində həkimlər onun beyninin vəziyyətini izləyiblər. Eyni zamanda, qızın əlavə dəstəyə və əməliyyata ehtiyacı olmayıb. Həkimlər nevroloji zədə, maye yığılması və ya qanaxma əlamətləri görmədikləri üçün ana və körpə evə buraxılıb.

“Bu, hazırkı klinik sınaqda ilk xəstə olduğundan, metod hələ geniş istifadəyə hazır deyil. Uğurlu nümunə yaratmaq üçün bir hadisə kifayət deyil. Gələcək müalicə halları  davam etməyə də bilər, ona görə də prosesin bütün risklərini tədqiq etmək lazımdır”, - deyə həkimlər bildirib.