Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-08 11:58:00
Müəllimlərin ulduz falı: 8-14 mayda bürcünüz nə vəd edir...  

Qoç (21.03 – 20.04)

Qoçlarda kiçik texniki problemlər ortaya çıxacaq.  Komputeriniz, mobil telefon və planşetiniz müxtəlif səbəblərdən sıradan çıxa bilər. Buna görə şagirdlərinizin onlara müdaxilə etdiyini düşünməyin. Maqnit fırtınaları barədə düşünsəniz, daha yaxşı olar.

Buğa (21.04 – 21.05)

Ümid verən şagirdlərinizin tərcümeyi-halını ən xırda təfərrüatlarına qədər yenidən nəzərdən keçirin. Onlarla daha ciddi məşğul olmaq üçün stimula ehtiyacınız var. Bu, sizin üçün əhəmiyyətsiz görünə bilər. Amma hər böyük işlər kiçik detallardan başlayır. Bu həftə yaddaşla bağlı probleminiz yoxdur.

Əkizlər (22.05 – 21.06)

Bəzi hərəkətlərinizi sinifdə birmənalı qarşılanmayacaq. Çünki bu üsullar əvvəllər sizin davranış maneraza daxil deyildi. Amma pis qarşılnacaq demək olmaz. Bəzi düzəlişlərdən sonra bu sizə uğur gətirə bilər.

Xərçəng ( 22.06 – 23.07)

Həddən artıq həyasız və özündən razı şagird və onun valideyni ilə rastlaşmalı olacaqsınız. Müvazinətinizi itirmyin. Ağzınızdan çıxacaq istənilən qeyri-etik ifadə sizə qarşı istifadə oluna bilər.

Şir (24.07 – 23.08)

Yüksək qiymətləndirdiyiniz müəllim yoldaşlarınızdan biri istəmədən sizin xətrinizə dəyəcək. Onun üzərinə getməyin. Münasibətləri aydınlaşdırmaq üçün başqa zaman seçin. Ulduzlar bu günlər münaqişəyə girməyi tövsiyə etmir.

Qız (24.08 – 23.09)

Artıq bir müddət özünüzə qapanmağın vaxtı gəldiyini düşünürsünüz. Qoy olsun. Belə də edin. Bir qədər kənara çəkilərək öz hisslərinizlə baş-başa qalın. Bu sizin yeni qüvvə toplamağınıza kömək edəcək.

Tərəzi (24.09 – 23.10)

Tərəzi bürcünün ailə həyatı öz normasında davam edəcək. Ciddi dəyişikliklər üfüqdə görünmür. Amma fəallığınızı bir qədər artırın. Bu sizin xeyrinizədir. Bu günlər yaxşı, əla, hesab etdiyiniz heç bir xəbərin ciddi əhəmiyyət yoxdur.

Əqrəb (24.10 – 22.11)

Sizə yaxınlaşmaq istəyənlər üçün indi tamamilə dözülməz, darıxdırıcı və ünsiyyət qurmaq inanılmaz dərəcədə çətin olan bir şəxsiyyətə çevrilmisiniz. Bu, sizin iş həyatına daha çox zaman ayırmağınızla bağlı ola bilər. Amma unutmayın: sinif otağından kənarda da həyat var və siz bu həyatın da oyunçususunuz.

Oxatan (23.11 – 21.12)
 

Sevdikləriniz üçün narahat olmayın. Siz hamını qayğı ilə əhatə edə bilməyəcəksiniz. Yaxşı olar ki,  seçimdə yanılmayasınız. Şagirdləriniz daha çox diqqətinizi çəkəcək. Bu müsbət haldır və işlərinizin qaydasında olduğunu bildirir.

Oğlaq (22.12 – 20.01)

Bu həftə  xarici görüşünüzün diqqət çəkməsi üçün bir qədər enerji sərf edin. Çünki sizə bu istiqamətdən yanaşılacaq. Müəllim yoldaşlarınızın bu istiqamətdə dəyərli məsləhəti ola bilər. Bu barədə onlardan soruşun. Şagirdləriniz də yenilik gözləyir.

Dolça (21.01 – 19.02)

Ulduzlar həftə ərzində Dolça bürcünə ev işlərini qaydaya salmağı tövsiyə edirlər. Yaxın gələcəkdə qonağınız olacaq. Onlar xoş təəssürat yaratmaq sizin üçün olduqca əhəmiyyətlidir. Hər şeyi taleyin hökmünə buraxmayın. Sizin aktivliyiniz elə taleyinizdir.

 

Balıq (20.02 – 20.03)

Sizin istəyinizdən asılı olmayaraq münaqişə tərəfi olmaq ehtimalınız var. Səbrli olun. Sakitliyiniz problemin aradan qalxmasında əsas amil olacaq. Həftəni sakit halda başa vura biləcəksiniz.