Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-04 17:41:00
AzEdu-dan informatika müəllimlərinə kitab HƏDİYYƏSİ

Müəllimlər və abituriyentlər üçün tərtib olunmuş informatikaya aid hər şeyi əhatə edən “İnformatika bələdçisi” nəzəriyyə kitabı və test bankı artıq sizə tanışdır.

 

AzEdu.az saytı olaraq qərara aldıq ki, təhsilverənlərə dəstək məqsədilə bölgələrimizdəki informatika müəllimlərinə həmin vəsaitlərdən hədiyyə edək.

 

Bu layihə Regional Təhsil idarələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Belə ki, Regional Təhsil idarələrinin tabeliyindəki hər bir rayon üzrə fərqlənmiş informatika müəllimi seçiləcək və ona “İnformatika bələdçisi” nəzəriyyə kitabı, test bankı təqdim olunacaq.

 

İlk olaraq, layihəmizə Mil-Muğan Regional Təhsil İdarəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsiŞərqi-Zəngəzur Regional İdarəsi ilə başladıq. Artıq sözügedən Regional Təhsil idarələri üzrə müəllim seçimi başa çatıb və kitablar AzEdu.az tərəfindən bölgələrə göndərilib.

 

Məlumat üçün qeyd edək ki, “İnformatika bələdçisi” 2022-ci ildə AzEdu.az təhsil portalı tərəfindən nəşr olunub. Nəzəriyyə kitabı özündə abituriyent və müəllimlərə lazım olacaq informatikaya aid məlumatları cəmləşdirir. Məlumatlar sadələşdirilmiş dildə, illüstrasiya və sxemlərlə, asan izahla, yığcam şəkildə qeyd olunub.  

 
Bu vəsaitlər kimlərə lazımdır?

 

Bu ildən I ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə;

Magistratura imtahanına hazırlaşan bakalavrlara;

Sertifikasiya imtahanına hazırlaşan müəllimlərə;

MİQ imtahanına hazırlaşan müəllimlərə;

Dövlət qulluğu imtahanına hazırlaşanlara;

İnformatika fənni tədris edən bütün müəllimlərə.