Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-03 09:39:00
Rusiyalı milyarderlərin sərvəti 16,35 milyard dollar artıb

2023-cü ilin əvvəlindən Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti 16,35 milyard dollar artıb.


AzEdu.az
xarici KİV-ə istinadən xəbər verir ki, "Lukoyl"un ortaq sahibi Vahid Ələkbərovun sərvəti 3,7 milyard dollardan çox artaraq 19,1 milyard dollara çatıb.

 

Bu məlumat sahibkarların pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Bəzi şirkətlər üçün hesablama onların kapitallaşmasının EBITDA-ya və ya səhm qiymətinin səhm üzrə mənfəətə nisbətinə əsaslanır.

Bloomberg reytinqinə dünyanın 500 ən varlı adamı daxil idi. İndi onun tərkibinə 22 rusiyalı da daxildir. Onların ümumi sərvəti 2023-cü il mayın 1-nə 279,88 milyard dollar təşkil edir.