Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 09:52:04
Musiqi nəzəriyyəsi üzrə sınaq imtahanı keçiriləcək

Məlum olduğu kimi, 2023-cü ildən etibarən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri imtahanlarının test üsulu ilə kağız daşıyıcılar vasitəsilə keçirilməsi nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, imtahanlarda abituriyentlərə musiqi nəzəriyyəsi və solfecio, harmoniya və solfecio fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 25 qapalı tipli test tapşırığı və dinləmə qurğusu vasitəsilə təqdim edilən musiqi parçalarının (akkord, interval, imla və s.) təyin edilməsi üzrə 5 qapalı tipli test tapşırığı təqdim ediləcək.

 

Abituriyentlərdə imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyəsinin qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi real imtahan mühitinə uyğun sınaq imtahanları təşkil edir. Sınaq imtahanları zamanı sual kitabçaları, cavab kartları, cavab vərəqləri, imtahan müddәti vә digәr amillәr eynilә qәbul imtahanlarındakı modelә uyğunlaşdırılır vә demәk olar ki, abituriyent özünü real imtahanda olduğu kimi hiss edir. Bununla da abituriyentin öz biliklərini tam nümayiş etdirməsi üçün şərait yaradılır. Bu məqsədlə harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə 27 may 2023-cü il tarixində sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

 

İmtahanda iştirak etmək üçün qeydiyyat 15 may saat 23:59-dək davam edəcək. İmtahanda iştirak etmək istəyən abituriyentlər "Şəxsi kabinet"dəki hesablarına 20 manat yükləməlidirlər. Sınaq imtahanında iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz. 

 

İmtahan müddəti musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, hər iki fənn üzrə qeydiyyatdan keçənlərdə isə 2 saat 30 dəqiqədir. 

 

Harmoniya və solfecio, musiqi nəzəriyyəsi və solfecio fənlərinin aid olduğu qabiliyyət imtahanı komissiyaları keçiddəki cədvəldə təqdim edilib.

 

Qeyd edək ki, nəzəriyyə imtahanlarının qiymətləndirməsi 10 ballıq şkala üzrə aparılır.

 

 Doğru cavablandırılan 
 tapşırıqların sayı
 Qiymətləndirmə 
 (bal)
 28-30  10
 25-27  9
 22-24  8
 19-21  7
 16-18  6
 13-15  5
 10-12  4
 7-9  3
 4-6  2
 1-3  1
 0  0

 

Nəzəriyyə fənlərindən minimal müsabiqə balını yığa bilməyən abituriyentlər ixtisas imtahanlarına buraxılmırlar. Qabiliyyət komissiyaları üzrə nəzəriyyə imtahanlarının minimal müsabiqə balları haqqında məlumat yaxın vaxtlarda dərc ediləcək “Abituriyent” jurnalının “Xüsusi Qabiliyyət İmtahanları” buraxılışının 1-ci nömrəsində veriləcək.