Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-30 23:00:00
Nazir 55 min şagirdin qeydiyyatından DANIŞDI

Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ölkə üzrə ilk mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesablarında bildirib.

 

O qeyd edib ki, sözügedən müsabiqələrdə iştirak üçün bu il rekord sayda – 55 mindən çox şagird qeydiyyatdan keçib.

 

“Olimpiadalarda biliyini sınamaq istəyən istedadlı uşaqlarımızın sayının gündən-günə artması bizi qürurlandırır. Müsabiqələrdə iştirak edən bütün şagirdlərə uğurlar arzu edirəm”, - nazir bildirib.