Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-30 17:24:33
Ukraynada müharibənin azyaşlı qurbanlarının sayı artır

Aprelin 30-na olan məlumata görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ölkədə 1432-dən çox uşaq zərər çəkib.

 

AzEdu.az xəbər verir ki, onlardan 477 uşaq ölüb, 955-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

 

“Aprelin 28-də Rusiya tərəfindən Çerkas vilayətinin Uman şəhərindəki hündürmərtəbəli binanın raketlə vurulması 23 nəfər ölüb. Ölənlər arasında 6-sı uşaq olub”, - deyə məlumatda bildirilib.

 

Qeyd olunub ki, azyaşlılar arasında müharibə qurbanlarının sayı gündən-günə artır.