Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-30 15:08:05
Hava şəraiti haqqında XƏBƏRDARLIQ

Hava şəraiti haqqında yeni məlumat yayılıb.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Aprelin 30-u axşamdan mayın 02-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 01-i səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Aprelin 30-dan mayın 01-nə keçən gecə və səhər, 02-də günün birinci yarısında, 03-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. 02-03-də yarımadanın bəzi ərazilərində intensiv olacağı ehtimalı var. Mayın 01-i gecə bəzi yerlərdə şimşək çaxacağı ehtimal olunur.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-9° aşağı düşəcək.