Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 17:30:00
Daha 38 yoluxma - 3 ölüm

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 831 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 861 nəfər müalicə olunaraq sağalıb, 10 241 nəfər vəfat edib, aktiv xəstə sayı 252 nəfərdir.

 

Son sutka ərzində 1 186, hazırkı dövrədək isə 7 589 504 test aparılıb.