Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 13:40:00
Prezident: Türkiyənin önəmi gündən-günə artır

Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, siyasi mərkəzidir. Türkiyənin önəmi, rolu gündən-günə artır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.

 

Dövlət başçısı qeyd edib ki, Türkiyənin güclü sənayesi həm Türkiyəni, həm də müttəfiqlərini gücləndirir. Türk ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır.

 

Prezident vurğulayıb ki, Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir.

 

“Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”, - deyə Azərbaycan lideri başçısı vurğulayıb.