Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 12:34:00
Mühasiblərin nəzəri bilikləri qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən əməliyyatçı mühasib peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

 


Bu barədə AzEdu.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

 


Bildirilib ki, Agentliyin nümayəndəsinin sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilmə aparılacaq. İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 


Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə əməliyyatçı mühasib peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcək.

 


Peşə ixtisasları üzrə qeydiyyat davam edir. Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatı Agentliyin saytından əldə edə və imtahanlarda iştirak üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.