Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-29 12:12:00
Sabahın hava PROQNOZU

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə az çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşama doğru ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-6° isti, gündüz 5-10°, bəzi yerlərdə 13-17° isti olacaq.